22 sentyabr 2023 09:41
215

Ermənistanda müxalifət liderlərindən biri həbs edilib

Ermənistan polisi sentyabrın 22-də səhər saatlarında müxalifət liderlərindən sayılan, Ana Ermənistan Partiyasının sədri Andranik Tevanyanı saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, A.Tevanyan Rusiyayönlü siyasi təşkilatın başçısıdır.

O, 1974-cü ildə İrəvanda anadan olub. 2021-2023-cü illərdə Ermənistan parlamentinin deputatı olub. Bu il İrəvan şəhər bələdiyyəsinə üzv seçilib. 2003-2013-cü illərdə Rusiya-Ermənistan Universitetində müəllim işləyib.

A.Tevanyan Qarabağın Azərbaycanın ərazisi olaraq tanınmasına qarşı çıxıb. O, son günlər İrəvanda hökumətə qarşı keçirilən etiraz aksiyasının təşkilatçılarındandır.