03 oktyabr 2023 15:00
172

KİV: Avropada COVID-19-a yoluxma halları sürətlə artır

Avropada COVID-19-a yoluxma halları və bu səbəbdən xəstəxanaya yerləşdirilmələr sürətlə artır.

“İki sahil” xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, Fransada artıq peyvəndlənmə ilə bağlı yeni kampaniya başlayıb: “Bir çox Avropa ölkələrindən insanlar gücləndirici dozanın qəbul olunmasına çağırılır. Fransa, Almaniya, İspaniya, Polşa və Bolqarıstanda vaksinasiya ilə bağlı çağırış edilir”.

Bununla belə, Almaniya Səhiyyə Nazirliyindən bildirilib ki, hələ ki ölkədə ümumi karantinə ehtiyac yoxdur

Qeyd olunub ki, burun axması, boğaz ağrısı və öskürək xəstəliyin əsas simptomlarıdır: “Bu əlamətlər aradan qalxana qədər 3-5 gün evdə qalmaq, təmasdan qaçmaq tövsiyə olunur. Əgər lazım gələrsə, həkimə müraciət etmək lazımdır”.

İtaliya Səhiyyə Nazirliyindən bildirilib ki, ehtiyac olarsa, yeni tədbirlər görülə bilər.