08 avqust 2019 19:58
589

5 illik evlilik 5 dəqiqədə bitdi - Sərdar Ortac boşandı

Məşhur türk müğənnisi Sərdar Ortac həyat yoldaşı irlandiyalı model Xloe Luqnan ilə boşanıb.

“Ölkə.Az” xəbər verir ki, uzun müddətdir boşanmaları haqqında söz-söhbət gəzən cütlük bu gün ədliyyə idarəsinə gələrək 5 dəqiqənin içində ayrılıblar.
Cütlük məhkəmə zalından əl-ələ çıxıblar.

Çıxışda jurnalistlərə açıqlama verən Sərdar anlaşaraq boşandıqlarını bildirib:

"Olmadı, anlaşaraq boşandıq. Evliliyimizi daha gözəl mərhələyə keçirə bilmədik".

Xloe isə keçmiş həyat yoldaşını hələ də çox sevdiyini deyib. 

“Sevə- sevə evlənmişik. İndidə sevərək ayrılırıq. Mən Sərdarı hələ də sevirəm və hər zamanda sevəcəyəm. Sadəcə alınmadı. Çox təəssüf”.