27 iyul 2020 18:30
450

5 nəfərin imtahan nəticələri ləğv edilib

Əvvəlki illərin məzunlar üçün 10 iyul 2020-ci il tarixində keçirilmiş qəbul (o cümlədən cari ilin məzunları üçün buraxılış (qəbul) və əlavə xarici dil imtahanı) imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, qaydaları pozduğu üçün 5 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 8331 nəfərdən 1024 nəfər imtahana gəlməyib.