26 iyun 2020 16:40
447

5 vətəndaşımız Hindistandan təxliyə edilib

Beş Azərbaycan vətəndaşının Hindistandan Gürcüstan vasitəsilə təxliyə prosesi başa çatdırılıb.

Bu barədə Azərbaycan Xarici işlər nazirliyindən Trend-ə məlumat verilib.

Bildirilib ki, həmin şəxslər Bakıya çatdırılacaq və Atletlər Kəndindəki karantin zonasında tibbi nəzarətə götürüləcəklər.