28 yanvar 2019 21:10
550

50 yaşlı Cennifer Eniston ana olacaq

Məşhur amerikalı aktrisa Cennifer Eniston 50 yaşında ana olmaq qərarına gəlib.

Bu barədə “New Idea” nəşri məlumat yayıb.

C.Eniston 13 yaşlı meksikalı qızın övladlığa götürülməsi ilə bağlı sənədlər toplamağa başlayıb.  Nəşrin məlumatına görə, aktrisanın əsmər yeniyetmə ilə ilk tanışlıqdan ona qarşı ana məhəbbəti yaranıb.

“Cen keçmiş əri Castin Teru ilə birlikdə həmin uşaqlardan birini övladlığa götürmək istəyirdi. Ancaq sonuncu hər zaman hələ bunun üçün vaxtın münasib olmadığını bəhanə gətirirdi”.

Xatırladaq ki, C.Eniston ötən il kompüter oyunlarına görə düşən mübahisədən sonra həyat yoldaşından ayrılıb.