27 iyul 2020 20:50
464

5000 nəfərdən çox “sarı” statuslu insan var: yoluxma riski yüksəkdir

Azərbaycanda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılan “e-Təbib” mobil tətbiq əlavəsində "sarı" statuslu insanların sayı artıb.

Bunu Trend-ə “E-Təbib” layihəsinin rəhbəri Fuad Niftəliyev deyib.

Onun sözlərinə görə, "sarı" statuslu insanlar COVİD-19-a yoluxma riski yüksək olanlardır:

“Onlar COVİD-19-a yoluxan şəxslərlə 2 metrdən az məsafədə və 10 dəqiqədən çox təmasda olduğu üçün "sarı" statuslu insanlar hesab edilirlər.

F.Niftəliyev qeyd edib ki, “e-Təbib”də 150 minə yaxın insan qeydiyyatdan keçib. Hazırda 5000 nəfərdən çox “sarı” statuslu insan var.