03 may 2024 18:58
378

Gürcüstanda ötən gün 23 etirazçı həbs olunub

Ötən gün Tbilisidə Qəhrəmanlar meydanı yaxınlığında “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən aksiyada 23 nəfər həbs edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmadıqları üçün onları saxlayıblar.