Çinin Hebei İqtisadiyyat və Biznes Universitetinin vitse-prezidenti professor Tian Xuebinin rəhbərlik etdiyi nümayəndə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət İqtisad Universitetindən məlumat verilib.
UNEC-in rektoru Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərində fikir mübadiləsi aparılıb.
Qarşılıqlı müzakirələrin sonunda UNEC və Hebei Universiteti arasında birgə proqramların təşkili, tələbə-müəllim mübadiləsi, Çin alimlərinin İqtisad Universitetinin beynəlxalq elmi jurnalları ilə əməkdaşlığı, “smart” təhsil platformasının reallaşdırılması, eləcə də sentyabr ayında birgə tədbirlərin keçirilməsinə dair bağlı ilkin razılıq əldə olunub.