14 avqust 2024 17:39
298

Vətəndaşların “BakıKart”dakı hesabları və vəsaitləri silinməyib

Azərbaycan vətəndaşlarının “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Yaranmış texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik. Mobil tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşlar hesablarındakı vəsaitdən istifadə edə biləcəklər",- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, “BakıKart” tətbiqi avqustun 9-dan etibarən işləmir.