26 sentyabr 2024 17:56
132

Nyu-Yorkda KTMT xarici işlər nazirlərinin görüşü keçirilir

Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin görüşü keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında məlumat verib.

Onun paylaşdığı fotoya əsasən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşdə iştirak etmir.