26 sentyabr 2024 19:03
114

İsrail ordusu Livanda “Hizbullah”ın onlarla hədəfinə hücum edib

İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah” hərəkatının hədəflərinə zərbələr endirməkdə davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son bir saat ərzində Livanda onlarla hədəf, xüsusən də hərbi obyektlər, silahlı dəstələr və İsrail ərazisini atəşə tutmaq üçün hazır vəziyyətə gətirilmiş raket qurğuları hücuma məruz qalıb.

Xatırladaq ki, İsrail sentyabrın 23-də Livanda “Hizbullah”a qarşı “Şimalın oxları” adlı hərbi əməliyyata başlayıb. Məqsəd təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirməkdən ibarətdir.