26 sentyabr 2024 19:06
128

Serbiya Azərbaycanın irəli sürdüyü qlobal vədlərə qoşulmağa dəvət edilib

Serbiya Azərbaycan tərəfindən irəli sürülən qlobal vədlərə qoşulmağa dəvət edilib.

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, Serbiyanın Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri İrena Vujoviç ilə görüşüb: “Görüşdə yaşıl enerji keçidi, karbon emissiyalarının azaldılması və COP29 çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. COP29 Sədrliyinin qlobal iqlim hədəflərinə töhfə verməyi hədəfləyən təşəbbüslərindən danışdıq”.