27 sentyabr 2024 13:44
94

“Toyota” avtomobillərinin istehsalı və satışı AZALIB

Avqust ayında “Toyota” avtomobil istehsalı 12,6% azalıb. İyul ayında 808 min ədəd satışdan (0,7% artım)  sonra ötən ay 3,7% azalma olub.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, korporasiya bu məlumatları bu gün dərc edib. “Toyota” avtomobillərinin ixracı avqustda 16,4% azalıb.

Bu cür nəticələr, ilk növbədə, Yaponiya və Çində satışların azalması, həmçinin qəza testlərinin nəticələrinin saxtalaşdırılması və avtomobillərin geri çağırılması ilə bağlı qalmaqaldan sonra tənzimləyici çətinliklərlə bağlıdır. Avqustda Çində satışlar 13,5% azalıb. Eyni zamanda, hibrid avtomobillərin satışı isə 22% artıb.

Yapon avtomobil istehsalçısı “Honda” da bu yaxınlarda avqust ayında ümumi istehsalın 11%-dən çox, Çində isə 29%-dən çox azaldığını bildirdi.