27 sentyabr 2024 15:22
81

Əgər ABŞ Kiyevə müharibəni davam etdirmək üçün silah verməsə...

Ukrayna Siyasət İnstitutunun direktoru Ruslan Bortnik bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bəzi briqadaları iki ildən artıqdır ki, silah almır.

“İki sahil” xəbər verir ki, bu barədə o, Ukraynanın “Politeka” nəşrinə bildirib.

"Ukraynanın 14 silahsız briqadası var, onlardan biri 2022-ci ildən - yarandığı gündən bu vəziyyətdədir", - deyə, o, qeyd edib.

Bortnik onu da qeyd edib ki, əgər ABŞ hökuməti Kiyevə müharibəni davam etdirmək üçün lazım olan silahları verməsə, dekabrın 1-dək cəbhə xətti Dnepropetrovsk vilayətinə keçə bilər.

Onun fikrincə, münaqişə iki ildən tez bitməyəcək və bu vaxta qədər cəbhə xətti daha da uzanacaq.