27 sentyabr 2024 16:05
85

Seçki prosesinə kənardan görünməmiş müdaxilə cəhdləri var - Gürcüstanın baş naziri

Gürcüstanın baş naziri İrakli Kobaxidze parlament seçkiləri prosesinə kənardan görünməmiş müdaxilə cəhdlərinin olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Qeyd edilir ki, Gürcüstanda seçki oktyabrın 26-da keçiriləcək. “Belə müdaxilələr əvvəllər də olub, lakin indiki seçkilərə kənardan müdaxilə xüsusilə güclüdür”, - deyə, baş nazir bildirib.

Baş nazir bildirib ki, bu fakt acınacaqlıdır, lakin nə keçmişdə, nə də indi heç kim gürcü xalqının iradəsini özünəməxsus şəkildə formalaşdıra bilməz. O, bütün müdaxilə cəhdlərinin iflasa uğrayacağını vurğulayıb.