27 sentyabr 2024 16:49
86

Rusiya gəmilərinin Baltik dənizində hərəkətini qadağan etmək üçün PLAN HAZIRLANIR - Patruşev

Qərb Baltik dənizinin statusunu dəyişməyə və Rusiya donanmasının bu regionda hərəkətini məhdudlaşdırmağa çalışır.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi, Dənizçilik Şurasının sədri Nikolay Patruşev Kalininqrad vilayətində keçirilən müşavirədə bildirib.

“Finlandiya və İsveç NATO-ya daxil olduqdan sonra Baltik dənizinin statusunu dəyişdirmək və beynəlxalq gəmiçilik üçün istifadə olunan dəniz məkanları və boğazlarla bağlı mövcud hüquqi normaları yenidən nəzərdən keçirmək üçün nəzərəçarpacaq dərəcədə fəallıq göstərirlər. Rusiya gəmilərinin Baltik dənizində hərəkətini qadağan etmək üçün planlar hazırlanır”, - deyə, o, qeyd edib.

Patruşev əlavə edib ki, Rusiya gəmiləri peyk rabitəsindən ayrılır və bu, beynəlxalq standartların pozulması və naviqasiya təhlükəsizliyinə, eləcə də ümumilikdə su nəqliyyatının kritik informasiya infrastrukturuna təhdid yaradır.

İyun ayında məlum oldu ki, Danimarka Rusiyadan gələn xammal gətirən gəmilərin bloklanması variantlarını nəzərdən keçirir. Bu ölkənin xarici işlər naziri hesab edir ki, Danimarka boğazlarından keçən köhnə tankerlər ətraf mühit üçün təhlükə yaradır. Baltik dənizi Rusiya neft ixracının üçdə biri həyata keçirilir.