27 sentyabr 2024 18:58
90

Zelenski-Tramp görüşü keçirilir

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşü başlayıb.

“İki sahil” “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, onlar danışıqları "Trump Tower"də aparırlar.

D.Tramp Rusiya ilə münaqişədə sülhə nail olunmasının vacibliyini müzakirə etmək niyyətində olduğunu bildirib.

“Gəlin sülhə nail olaq. Bizə sülh lazımdır! Biz ölümün və dağıntıların qabağını almalıyıq”, - eks-prezident qeyd edib.

Öz növbəsində, V.Zelenski Ukraynada müharibənin dayandırılmasının vacibliyi məsələsində D.Trampla baxışlarının üst-üstə düşdüyünü diqqətə çatdırıb.