27 sentyabr 2024 20:43
90

İsrail “Hizbullah”ın Beyrutdakı hərbi qərargahına zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahına zərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bir müddət öncə İsrail ordusu Beyrutdakı Daahi şəhərinin mərkəzində yaşayış binalarının altında yerləşən “Hizbullah” terror təşkilatının mərkəzi qərargahına hücum edib”, - məlumatda deyilir.

“Al Hadath” telekanalının bildirdiyinə görə, zərbələrin hədəfi hərəkatın baş katibi Şeyx Həsən Nəsrullah ola bilər.

“Axios” portalının məlumatına görə isə, İsrail hərbçiləri hazırda Beyruta endirdiyi zərbələr nəticəsində Şeyx Həsən Nəsrullahın öldüyünü təsdiq edə bilmir. (APA)