27 sentyabr 2024 22:00
89

Üç ABŞ hərbi gəmisinə 23 raket zərbəsi endirildi

Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesinə zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"Qırmızı dənizdə üç ABş esminesinə hücum olunub. Əməliyyatın həyata keçirilməsində 23 ballistik və qanadlı raketdən, həmçinin bir pilotsuz uçuş aparatından istifadə edilib", - məlumatda qeyd olunub.