27 sentyabr 2024 23:58
89

Serhat Akının güllələnmə anı - VİDEO

 Türkiyə millisinin və “Fənərbaxça” klubunun sabiq futbolçusu Serhat Akın silahlı hücuma məruz qalaraq güllə yarası alıb.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, sabiq futbolçunun vurulması anının görüntüləri yayılıb.

Qeyd edək ki, o, ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalıb.

Xəstəxanaya çatdırılan S.Akının vəziyyəti yaxşıdır. Onun əməliyyat olunacağı deyilir.