21 noyabr 2024 11:03
152

Kosovo Futbol Federasiyası İdman Arbitraj Məhkəməsinə müraciət edəcək

Kosovo Futbol Federasiyası UEFA-nın Millətlər Liqası matçında yığmaya texniki məğlubiyyət verməsi ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Biz qərarla razı deyilik. Futbolçularımız bu şəraitdə oynamaqdan imtina edərək böyük cəsarət və nümunəvi davranış göstərdilər", - deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, Rumıniya - Kosovo matçının uzatma dəqiqələrində yerli azarkeşlər Serbiyaya dəstək şüarları səsləndiriblər. Bundan sonra qonaq komandanın oyunçuları meydanı tərk etdiyi üçün qarşılaşma yarımçıq dayandırılıb.

UEFA Kosovoya 0:3 hesablı texniki məğlubiyyət verildiyini ötən gün açıqlayıb.