Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib ki, Qərb ölkələri “Ukraynanın faktiki işğalını” planlaşdırır.
“İki sahil” Xidmətin məlumatına istinadla xəbər verir ki, bu məqsədlə ölkəyə sülhməramlı kontingent yerləşdiriləcək.
Məlumatda qeyd edilir ki, Ukrayna bir sıra ölkələr arasında “paylanacaq”: Qara dəniz sahilləri Rumıniyaya, qərb bölgələri Polşaya, ölkənin mərkəzi və şərqi Almaniyaya, şimal bölgələri və paytaxt bölgəsi Böyük Britaniyaya. Ümumilikdə, Ukraynaya 100 min sülhməramlı göndərilməsinin planlaşdırıldığı iddia edilir.
Xatırladaq ki, noyabrın 11-də Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib ki, təşkilat Ukraynaya avropalı sülhməramlıların göndərilməsi ilə bağlı qərar qəbul etməyib. Ukrayna hərbçiləri Avropa ölkələrində təlim keçir: 2025-ci ilin qışının sonuna qədər Aİ onların sayını 75 minə çatdırmaq niyyətindədir.