29 noyabr 2024 11:31
80

Ögey ata 12 yaşlı uşağı yuyucu toz yeməyə məcbur edib

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəsi Kuzbassda 12 yaşlı oğlanın anası və sevgilisi tərəfindən zorakılığa məruz qalmasının təfərrüatlarını açıqlayıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, ögey ata bir dəfə evdə iş görmədiyi üçün uşağın ayağını dəmirlə sındırıb.

Uşağa yemək də qadağan edilib. Məsələn, sentyabr ayında oğlan bütün günü ac qalıb. Daha sonra onu soyunmağa məcbur edib, soyuq eyvanda saxlayıb. Ən dəhşətlisi həmin kişinin uşağı yuyucu toz yeməyə məcbur etməsidir. Uşaq imtina edəndə, ovucuna tökərək zorla yedirib.

Ögey ata və həyat yoldaşının yetirdiyi xəsarət nəticəsində oğlanın üzündə ömürlük qüsur qalıb.

Ana bütün zorakılıqları görsə də buna reaksiya verməyib. Oğlan iki ilə yaxındır ki, məktəbə getmir.

Vilayətin İstintaq Komitəsi ögey ata və anaya qarşı ittiham irəli sürüb.