Rusiya NATO və Qərb silah istehsalçıları tərəfindən müharibəyə təhrik olunur.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu irlandiyalı jurnalist Chey Bowes bildirib.
Onun sözlərinə görə, Rusiya NATO ilə münaqişədə maraqlı deyil.
O, sosial media səhifəsində yazıb: “Məhz alyans və onun geniş silah istehsalçıları, korrupsioner siyasətçilər və QHT-lər şəbəkəsi münaqişəni qızışdırmaq və stimullaşdırmaq istəyir”.
Bowes həmçinin hesab edir ki, NATO yanğın törədib, sonra yanğın siqnalları satan tərəfdir.