29 noyabr 2024 13:30
92

Erməni katolikosa yaxınlığı ilə tanınan arxiyepiskop istefa verib

İngiltərədə erməni katolikos II Qareginə yaxınlığı ilə tanınan Anqlikan Kilsəsinin rəhbəri, Kenterberi Arxiyepiskopu Justin Velbi hazırkı vəzifəsindən istefa verib.

“İki sahil” xəbər verir ki, Arxiyepiskopun adı uşaqlara qarşı zorakılıqla bağlı qalmaqalda hallanır.

2013-cü ildən bu vəzifədə olan J.Velbinin istefa verməsinə səbəb onun Anqlikan kilsəsində fəaliyyət göstərən keşişin Jon Smitin (John Smith) Böyük Britaniya, Zimbabve və Cənubi Afrika kimi ölkələrdə təşkil edilən xristian tətil düşərgələrində uşaqlara qarşı zorakılığın tətbiq edilməsi barədə məlumatı olduğu halda ötən illər ərzində bu həqiqəti ört-basdır etməsini üzə çıxaran hesabatın dərc edilməsi olub.

Arxiyepiskop ona qarşı artan təzyiqlərə reaksiya olaraq istefa verib.

Prezident İlham Əliyev tərəfindən qəbul edilməsinə, eləcə də təmaslar zamanı tolerant və sülhpərvər olduğunu göstərməyə çalışsa da, bütün ermənilərin katolikosu II Qareginə yaxınlığı ilə bilinən Justin Velbi ötən müddət ərzində ermənipərəst mövqeyi ilə yadda qalıb.

J.Velbinin postunu Qraham Uşer (Graham Usher) tuta bilər.

Hazırkı Leyborist hökuməti onun və ya digər iqlim məsələlərinə həssas yanaşan dini liderin namizədliyinə müsbət yanaşa bilər.

Q.Uşer bir neçə gün öncə Kalidə keçirilmiş COP16 Anqlikan nümayəndə heyətinə rəhbərlik edib.