29 noyabr 2024 21:30
171

Uçqunda xəsarət alanlardan birinin vəziyyəti ağırdır

Masazırda uçqun nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, 29.11.2024-cü il tarixində saat 17:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Sağ baldır nahiyəsinin əziyi diaqnozu təyin edilən 1984-cü il şəxsə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və vəziyyəti kafi qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.

Döş qəfəsinin və bel-oma nahiyəsinin əziyi diaqnozları təyin edilən 1997-ci il təvəllüdlü şəxs isə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.