01 dekabr 2024 13:06
77

Suriya müxalifləri Hələbdə bayraq qaldırıb

Suriya müxalifət qüvvələri, Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının rəhbərliyi altında, İdlibdən Hələbə doğru başladığı əməliyyat nəticəsində şəhərin böyük hissəsinə nəzarəti ələ keçirib.

“İki sahil” xəbər verir ki,  bu barədə “Reuters” məlumat yaıyıb.

Əsəd rejiminə qarşı olan bu qüvvələr, Hələb qalası da daxil olmaqla, bir çox strateji məntəqələrdə “Azad Suriya Ordusu”nun bayrağını ucaldıblar.

Bu hadisə müxaliflərin 2016-cı ildə şəhərdən çıxarılmasından sonra ilk dəfə baş verir.