07 dekabr 2024 08:42
213

“Səbail” “Araz-Naxçıvan”ı qəbul edir

Bu gün Misli Premyer Liqasında 16-cı tur start götürür. 

“İki sahil” xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək. 

Turun açılış matçında “Səbail” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. 

Çempionatdakı son 6 oyununda cəmi 1 xal toplayan “Səbail” ötən tur sonuncu pilləyə yuvarlanıb. “Araz-Naxçıvan” isə hazırda 36 xalla ikinci pillədə qərarlaşıb. Bu isə deməkdir ki, Elmar Baxşıyevin komandası aktivinə növbəti 3 xalı yazsa, ən azı bir neçə saatlıq yenidən turnir cədvəlində liderliyi ələ alacaq.  

Günən digər oyununda “Sabah” “Qarabağ”la üz-üzə gələcək. 

Misli Premyer Liqası

XVI tur

7 dekabr (şənbə)

15:00. “Səbail” - “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: İnqilab Məmmədov
“ASCO Arena”

18:00. “Sabah” - “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev 
AVAR: Zeynal Zeynalov
“Bank Respublika Arena”

8 dekabr (bazar)

16:00. “Kəpəz” - “Zirə”

18:00. “Sumqayıt” - “Neftçi”

9 dekabr (bazar ertəsi)

19:00. “Turan Tovuz” - “Şamaxı”