Gürcüstanın Qudauri kurortunda 12 nəfərin meyiti aşkarlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Ölənlər arasında Gürcüstanın bir vətəndaşı və 11 əcnəbi var. Onların hamısının restoran işçiləri olduğu ehtimal edilir.
Meyitlərin üzərində zorakılıq əlamətlərinə rast gəlinməib.
Ehtimala görə, ölümlərin səbəbi dəm qazındən zəhərlənmədir.