15 dekabr 2024 00:14
77

ABŞ Cənubi Koreyanın müvəqqəti rəhbərliyi ilə əməkdaşlığa hazırdır

ABŞ Koreya Respublikasının prezidenti səlahiyyətlərini icra edən, Baş nazir Han Deok Su ilə əməkdaşlığa hazırdır.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfərindən sonra İordaniyada keçirdiyi mətbuat konfransında bildirib.

"Koreya Respublikası demokratik möhkəmliyini nümayiş etdirdi. O, konstitusiyasında əksini tapmış prosesi dinc şəkildə izlədi. Biz prezident Han Deok Su ilə işləməyə hazırıq", - Blinken deyib.

Dövlət katibi əlavə edib ki, ABŞ Koreya xalqını, həmçinin Vaşinqton və Seul arasında ittifaqı dəstəkləyir.

Bundan əvvəl Cənubi Koreya parlamenti prezident Yun Sok Yola qarşı impiçment elan edib və bu qərar hələ Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməyib. Parlamentin 300 deputatından 204-ü impiçmentin lehinə səs verib. Yun Sok Yol hazırda prezident səlahiyyətlərini icra edən baş nazirin ətrafında toplaşmağa çağırıb.