14 dekabr 2024 23:36
88

“Manqo”nun qurucusu İspaniyada dərəyə düşərək dünyasını dəyişib

İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu, ölkənin ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, bu barədə "El PaÍs" qəzeti məlumat yayıb.

Məlumata görə, 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.

“La Vanguardia” qəzeti bildirir ki, Andik ailə üzvləri ilə birgə ekskursiyada olub. O, 150 m hündürlükdən yıxılıb.

Qeyd edək ki, “Manqo” şəbəkəsi 1984-cü ildə türk əsilli iş adamı İsak Andik tərəfindən təsis edilib.