İtaliyanın kosmik sənayesi 60 illik yubileyini qeyd edir.
“İki sahil” xəbər verir ki, 1964-cü il dekabrın 15-də İtaliya “San Marco 1” adlı ilk süni peyki orbitə çıxarıb. Bununla da Sovet İttifaqı və ABŞ-dan sonra kosmosa çıxan üçüncü ölkə olub.
“San Marco 1” peyki 271 gün orbitdə qalıb və 1965-ci il sentyabrın 14-də geri qayıdıb. Sonrakı illərdə - 1967-1988-ci illər arasında İtaliya daha 4 peyki orbitə çıxarıb. Bununla da İtaliya kosmos tarixində mühüm səhifə yazıb, kosmik sənayenin inkişafına töhfələr verib.
İtaliya hazırda qlobal səviyyədə bu sektorda lider mövqe əldə edərək, kosmik təchizat zəncirinə malik olan dünyada çox az sayda ölkələr arasında yer alıb.
Qeyd edək ki, dekabrın 16-sı İtaliyada Milli Kosmos Günü kimi qeyd olunur.