09 yanvar 2025 17:49
115

Cənubi Koreya prezidenti impiçment məhkəməsinin qərarına əməl edəcəyinə söz verdi

Cənubi Koreya prezidenti Yoon Seok-Yeol, nəticədən asılı olmayaraq, impiçment işi üzrə Konstitusiya Məhkəməsinin qərarına əməl etməyə hazır olduğunu təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu  haqda Prezidentin vəkilləri “The Korea Times”a bildiriblər. 

Dövlət başçısı bu halda “onun alternativinin olmayacağını” etiraf edib.