Neftçala rayonunda qadın infarktdan ölüb.
Rayonun Qaraymanlı kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən həkiməqədər ölüm faktı qeydə alınıb.
Qadının infarktdan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
“Report”
***
Neftçala rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.
Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
“Report”
Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 18-nin nəşi tapılıb