"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola özbək müdafiəçisi Abdukodir Xusanov haqqında danışıb.
“İki sahil” xəbər verir ki, o, 20 yaşlı futbolçu barədə xoş sözlər deyib: “Abdukodirlə danışanda o, sadəcə gülür. Yenə gülür və yenə gülür... Amma eyni zamanda o, çox etibarlı oyunçudur. İnanılmaz dərəcədə sürətlidir, əla ötürmə edir. Xusanovun xətləri qırmaq bacarığı var. Onun hələ də təkmilləşməsi lazımdır. Cəmi 20 yaşı var. İnsanlar Abdkodirə pərəstiş edirlər. O isə susur, şikayətlənmir və çox təvazökardır. Əminəm ki, azarkeşlərimiz Abdukodiri daha çox sevəcəklər".