Prokurorluq orqanlarında işləyən 2300 nəfərin 524-nü, yəni 22,7 faizini qadınlar təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” adlı konfransın “Möhkəm ailə institutu güclü dövlətin və ahəngdar cəmiyyətin sarsılmaz bünövrəsidir” mövzusuna həsr edilmiş ikinci panel sessiyasında deyib.
“Prokurorluq orqanlarında çalışan 1310 nəfər prokurorluq işçisinin 127-si, yəni 9,7 faizi qadınlardan ibarətdir. Həmçinin dövlət qulluğu əsasında çalışan 990 nəfərin 397-si, yəni 40,1 faizi qadınlardır”,- o əlavə edib.