"Barselona" "Milan"ın hücumçusu Rafael Leaunu transfer etmək istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Kataloniya təmsilçisi 25 yaşlı hücumçu ilə danışıqlara başlamağa hazırlaşır. "Barselona"nın əsas planlarından biri Leaunu qarşıdan gələn transfer pəncərəsində heyətinə qatmaqdır.
Ötən ilin yanvarında Leau Səudiyyə Ərəbistanı klublarının birindən gələn təklifi rədd etmişdi. Onun "Milan"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
İtaliya A seriyasının cari mövsümündə Leau 23 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə verib.