27 fevral 2025 15:45
87

Daha 3 gün qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Sulu qar və qar, yağış gözlənilir

Fevralın 28-i gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə "İki sahil"ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağıntıların intensivləşməsi ehtimalı

Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Temperatur dəyişiklikləri

Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.

Şaxtalı hava şəraiti və yolların buz bağlama riski

Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqadar bəzi yollar buz bağlayacaq.