Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, bundan əvvəl – fevralın 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 25-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar verilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların ödənişi yekunlaşıb.