Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qaxda vətəndaşları qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Qax, Zaqatala, Balakən və Şəki rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmanın dövlət qeydiyyatına alınması, məscidin dini ədəbiyyatla təmin olunması, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.