27 fevral 2025 23:09
97

Okan Buruk və Mourinyo cəzalandırıldı

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Okan Buruku 1, "Fənərbağça"nın çalışdırıcısı Joze Mourinyonu isə 4 oyunluq cəzalandırıb.

“İki sahil” xəbər verir ki, hər iki mütəxəssis "Rams Park"da reallaşan XXIV turdakı İstanbul derbisindəki davranışlarına görə diskvalifikasiya edilib.

Okan Buruk oyunsonrası baş tutan mətbuat konfransında etik olmayan açıqlamalarına görə cəza alıb. Jose Mourinyo isə qarşılaşmanın final fitinin ardından hakimlərin paltardəyişmə otağına gələrək təhqiramiz ifadələr işlətdiyinə görə cəzaya məruz qalıb.

Bundan başqa, "Fənərbağça"nın qarşıdakı iki səfər oyununu azarkeşsiz keçirməsi qərara alınıb.

Qeyd edək ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutan matçda hesab açılmayıb.