19 may 2020 09:06
292

5,8 bal gücündə zəlzələ olub

Yunanıstanın Krit adası sahillərində zəlzələ baş verib.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Geoloji Xidməti xəbər yayıb.

Məlumata görə, zəlzələ Rixter şkalası üzrə 5,8 bal gücündə qeydə alınıb.

Yeraltı təkanların episentri İerapetra şəhərindən 91 kilometr cənub-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.