09 iyun 2025 17:00
120

Bəhlul Mustafazadə: Yaxşı oyunla macarlara qalib gələ bilərik

Macarıstan millisi keyfiyyətli komandadır.

“İki sahil” xəbər verir ki,  bu sözləri Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə sabah Macarıstan ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. O, sabahkı oyunda layiqli mübarizə aparacaqlarını bildirib: “Düşünürəm ki, yaxşı oyunla macarlara qalib gələ bilərik. Evdə oynayırıq və şansları bərabər hesab edirəm. Baş məşqçinin verdiyi bütün tapşırıqları doğru yerinə yetirməyə çalışacağıq”.

Qeyd edək ki, “Liv Bona Dea Arena”da təşkil olunacaq matç saat 20:00-da başlayacaq.