19 iyul 2025 09:05
133

Dövlət Departamenti: ABŞ Cənubi Koreyanın müdafiə qabiliyyətini gücləndirəcəyinə əmindir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Cənubi Koreyanın müdafiə qabiliyyətini gücləndirmək üçün səy göstərəcəyini gözləyir.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Minyon Hyuston "Yonhap" agentliyinə müsahibəsində deyib.

"Cənubi Koreya güclü və bacarıqlı tərəfdaşdır. Prezident hesab edir ki, Cənubi Koreya özünün müdafiə qabiliyyətini ən yüksək səviyyədə təkmilləşdirməyə qadirdir. Bizə lazım olan budur", - Hyuston bildirib.

Diplomat əmin edib ki, Birləşmiş Ştatlar Cənubi Koreya ilə hərbi əməkdaşlığı davam etdirməyə hazırdır və risklərin qarşısını almaq üçün müvafiq tədbirlər görəcək.

Tramp administrasiyasının Cənubi Koreyadan müdafiə xərcləri və hərbi imkanlarını artırmaqla bağlı gözləntiləri Çindən gələn təhdidlər fonunda gündəmə gəlib.