Çexiya Prezidenti Petr Pavel ölkənin Cinayət Məcəlləsinə kommunist hərəkatının dəstəklənməsi və təbliğinə görə məsuliyyəti nəzərdə tutan düzəlişlər paketini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, məcəlləyə əlavə edilən hissədə belə hallarda 1 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Müəlliflərin fikrincə, bu düzəlişin qəbul edilməsinə səbəb ideologiyalara əsassız qeyri-bərabər yanaşmanın aradan qaldırılması zərurəti olub ki, bunun da əsas nəticələri müqayisə oluna bilər.
“Düşərgələr, qətllər, totalitarizm. Biz niyə iki eyni dərəcədə cinayətkar ideologiyaya fərqli yanaşmalıyıq?”, -deyə “Dnes” qəzeti bu gün yazıb.
Bu məsələ illə bağlı 2025-ci ilin mayında çex parlamentinin deputatlarının düzəlişi dəstəklədiyini qeyd edən Totalitar Rejimlərin Tədqiqi İnstitutunun direktor müavini Kamil Nedveditski deyib: “Məqsəd XX əsrin iki kriminal totalitar ideologiyası arasındakı açıq-aşkar ədalətsiz fərqi aradan qaldırmaqdır. Nasizm də, kommunizm də açıq şəkildə əsas insan hüquq və azadlıqlarını boğmağa yönəlib. Çex cinayət qanununun bunu aydın şəkildə əks etdirməsi məntiqli və ədalətlidir. Bu, ideologiya ilə bağlı deyil, demokratik hüquqi dövlətin müdafiəsi üzrə atılan addımdır”.