Siyəzən rayonunun Beşdam kəndində “Nissan" markalı minik avtomobilinin idarəetməni itirərək yolda aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, yanğın nəticəsində “Nissan” markalı minik avtomobilinin yanar hissələri və dağlıq ərazidə 18 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.