Braziliyanın Belən şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP30 üçün media akkreditasiyası prosesinə start verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Braziliyanın Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, jurnalistlər və digər media nümayəndələri tədbirdə iştirak etmək üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliyinin onlayn qeydiyyat sistemi (ORS) vasitəsilə müraciət edə bilərlər.
COP30 konfransı 2025-ci il noyabrın 10-dan 21-dək Beləndəki "City Park"ın "Hangar" Konqres və Sərgi Mərkəzlərində keçiriləcək.
Qeyd edək ki, akkreditasiya həmçinin Braziliyanın 6-7 noyabr tarixlərində ev sahibliyi edəcəyi Liderlər Sammitini də əhatə edir. Bu tədbirlə bağlı əlavə məlumatın yaxın günlərdə COP30-un sədrliyini həyata keçirən Braziliya hökuməti tərəfindən açıqlanacağı gözlənilir.