PSJ futbolçusu Qabriel Moskardonu icarəyə verib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi Portuqaliya "Braqa"sına keçib. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Moskardo 2024-cü ilin yanvarından PSJ-nin futbolçusudur. O, Braziliyanın U-20 millisi ilə Cənubi Amerika çempionu olmağı da bacarıb.