ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti müvəqqəti saxlama mərkəzləri kimi böyük çadır düşərgələri qurmaqla qeyri-qanuni miqrantları saxlamaq və sonradan deportasiya etmək imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası hesab edir ki, qeyri-qanuni mühacirlərin deportasiya sürətinin artmasına əsas maneə müvəqqəti saxlama mərkəzlərində yer çatışmazlığıdır. 2025-ci ilin sonuna qədər xidmət çarpayıların sayını 100 000-ə çatdırmağı planlaşdırır.
Ümumilikdə, qurum ABŞ-də 200-dən çox immiqrasiya təcridxanasını idarə edir.